Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

19.04.1986 təvəllüdlü Zərifə Məmmədova hazırda Azərbaycan Tibb Universitetinin “Allerqologiya və immunologiya” kafedrasının assistenti vəzifəsində çalışır. Uşaqlarda təcili hallar, allergik, revmatoloji və s. xəstəliklər üzrə malik olduğu bacarıq və təcrübəsini uşaq xəstəliklərinin profilaktikası, diaqnostika və müalicəsi istiqamətində tətbiq edərək onlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılmasına çalışmaqdadır.

O, Azərbaycan Tibb Universitetinin 2005-2011-ci illərdə “Pediatriya” fakültəsində müvafiq ixtisas üzrə bakalavr təhsili almış, bu da onun klinik və elmi fəaliyyəti üçün uşaq sağlamlığı və inkişafı, müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi üçün möhkəm təcrübi baza formalaşdırmışdır. Tələbəlik illərində Tələbə Elmi Cəmiyyətində aktiv iştirak edərək diplom və sertifikatlara layiq görülmüşdür. Rezidentura təhsili müddətində də pediatriya ixtisası üzrə alan Z.U.Məmmədova klinik fəaliyyətlə yanaşı elmi istiqaməti də davam etdirərək Azərbaycan Tibb Universiteti Rezidentlərinin Elmi-Təcrübi Konfransının (ATUREK) təşkilində yaxından iştirak etmiş, həmçinin konfrans çərçivəsində təqdim etdiyi elmi işlər diplomlara layiq görülmüşdür. Rezidentura təhsilini bitirdikdən sonra həkim-pediatr ixtisası alaraq klinik və elmi fəaliyyətini ATU Tədris Terapevtik Klinikasının III Pediatriya şöbəsində davam etdirmişdir. COVID-19 pandemiyası dövründə ATU TTK-nın Qəbul və Təcili Tibbi Yardım şöbəsində həm pediatrik, həm də yetkin yaş qrupu pasiyentlərə yüksək risk və böyük məsuliyyət şəraitində təcili və stasionar tibbi yardımın göstərilməsində, pasiyent axınının idarə olunmasında, klinik qərarların qəbulu və komanda işinin təşkilində fəal iştirak etmişdir. II Qarabağ müharibəsi dövründə ATU TTK-da müayinə və müalicə olunan əsgərlərin müayinə və müalicəsindən kənarda qalmamış, hətta günlərlə xəstəxanada qalaraq onlara qulluq göstərmişdir. Bu ağır dövrdə onun işi təkcə peşəkar bacarıqlarını deyil, həm də humanist dəyərlərə sadiqliyini nümayiş etdirmişdir. Pandemiya və müharibədən sonrakı dövrdə ATU TTK Qəbul və TTY şöbəsində şöbə müdiri vəzifəsini icra etmişdir. 2023–2024-cü illərdə ATU-nun “Allerqologiya və immunologiya” kafedrasında baş laborant, 2024-cü ildən isə həmin kafedrada assistent vəzifəsində fəaliyyətini davam etdirir.

Z.U.Məmmədova hazırda doktorantura səviyyəsində təhsilini davam etdirərək, eyni zamanda “Allerqologiya və immunologiya” kafedrasında gənc həkimlərin hazırlanmasında fəal iştirak edir. Tələbələrlə apardığı işdə o, nəzəri bilikləri real klinik nümunələrlə birləşdirir, onları analitik və klinik düşünmə bacarıqlarını inkişaf etdirməyə sövq edir, interaktiv müzakirələr və praktik situasiya təhlilləri, həmçinin tədris prosesində müxtəlif simulyasiya oyunları daxil edərək onların vasitəsilə allerqologiyanın müxtəlif problemləri haqqında sistemli anlayış formalaşdırır. Onun tədris üslubu praktik yönümlü, sübutlara əsaslanan tibb prinsiplərinə və pasiyentə yönəlik yanaşmaya söykənir.

Elmi maraq dairəsinə uşaqlarda allerqoloji və revmatoloji xəstəliklər (atopik dermatit, yuvenil idiopatik artrit, kəskin allergik reaksiyalar və övrə və s.), eləcə də təcili pediatrik yardım və intensiv terapiyanın aktual məsələləri daxildir. Bu sahələr üzrə yerli və beynəlxalq elmi jurnallarda məqalə və tezisləri dərc olunmuş, müxtəlif konqres, konfrans və simpoziumlarda elmi çıxışlar etmişdir. Onun elmi və praktiki fəaliyyəti, xüsusilə pediatrik allerqologiya və revmatologiya sahəsində apardığı tədqiqatlar uşaqlarda xəstəliklərin erkən diaqnostikası və kompleks müalicə yanaşmalarının təkmilləşdirilməsinə yönəlmişdir.

Zərifə Məmmədova peşəkar inkişafını davamlı təhsil konsepsiyasına əsaslanaraq qurur. Yenidoğulmuşların reanimasiyası, təcili tibbi yardım, təməl və təkmil yaşam dəstəyi (BLS, PALS), təcili ultrasəs, pediatriya, revmatologiya, allerqologiya və s. sahələr üzrə çoxsaylı yerli və beynəlxalq kurs, treninq və konfranslarda iştirak etmişdir. Rus, ingilis və türk dillərini yaxşı səviyyədə bilir, müasir informasiya texnologiyalarından – klinik və tədris fəaliyyətini dəstəkləyən kompüter proqramlarından – fəal istifadə edir.

Akademik fəaliyyət

2017-2020  Azərbaycanə  Tibb Universiteti, II Uşaq Xəstəlikləri Kafedrası (doktorant)

2023-hazırda  Azərbaycan Tibb Universiteti, Allerqologiya və immunologiya  Kafedrası (doktorant)

Təhsili

Bakalavr: Azərbaycan Tibb Universiteti, Pediatriya fakultəsi  ( 2005 - 2011 )

Rezidentura: Azərbaycan Tibb Universiteti, Tədris Terapevtik Klinika , I Uşaq Xəstəlikləri kafedrası ( 2011-2015)

Doktorantura: Azərbaycan Tibb Universiteti, II Uşaq Xəstəlikləri Kafedrası ( 2017- 2020), 2023-dən hazıradək Allerqologiya və immunologiya kafedrası

Peşə və pedaqoji inkişaf

1. “ Yenidoğulmuşların reanimasiyası” (2015), sertifikat

2. “A modern view on rheumatology problems”, 2021, certificate

3. “Akademik Solunum Derneği “ Türk-Azeri Astım-Allerji Zirvesi”  (Bakı, 27-29 iyun, 2014 ), sertifikat

4. “Azərbaycan antibiotiklərə həssaslıq testlərinin standartlaşdırılması” simpoziumu, sertifikat

5. “Azərbaycanda təcili yardım sistemlərinin təkmilləşdirilməsi üzrə hibrid simpozium” 2022/(seritifkat)

6. “Case Management in Emergency Medicine Course of Chest pain” at Emergency Care System Strengthening Week on 6-13 February 2022, organized by the WHO Country  Office in Azerbaijan as part of the “SDG GAP-Azerbaijan -Shamaakhi Fellowship Program” (certificate)

7. “Case Management in Emergency Medicine Course on Respiratory Distress” at Emergency Care System Strengthening Week on 6-13 February 2022, organized by the WHO Country  Office in Azerbaijan as part of the “SDG GAP-Azerbaijan -Shamaakhi Fellowship Program” (certificate)

8. “II International Autism ABA Azerbaijan” Conference (sertificate)/202

9. “İctimai Səhiyyədə Aktual Problemlər”, vebinar, may 2021

10 “Main Clinical Topics in Emergency Medicine Symposium” held on Emergency Care System Strengthening Week on 6-13 February 2022, organized by the WHO Country  Office in Azerbaijan as part of the “SDG GAP-Azerbaijan -Shamaakhi Fellowship Program” (certificate)

11. “Pediatrik Revmatologiya və ümumi pediatriya üzrə intensiv təlim” 31.01.-01.02.2020 (sertifikat)

12. “Revmatologiyada yeniliklər” 25.02.2019, serifikat

13. 07.12.2024 Azərbaycan-Türkiyə Allerqoloq və immunoloqların I Beynəlxalq konfransı, məruzə, diplom

14. 11.07.2023 Sertifikasiya (AH № 052527)

15. 11-ci Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktik konfrans ( Bakı, 10 mart, 2016, 2017, 2018, 2019), sertifikat və s.

16. 1st  Azerbaijan International Congress of Hematology Specialists, 22-25.05.2019

17. 9-11 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə həyata keçirilmiş Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi"  konqres, sertifikat, 2021

18.  AHA Pediatric Advanced Life Support (PALS Provider), 2021

19. Allerqologiya, İmmunologiya, İmmunoreablitasiya üzrə IV Azərbaycan Milli Konqresi ( Bakı, 19-20 oktyabr, 2012), sertifikat

20. American Heart Association Basic Life Support (2019) certificate

21. AR SN-nin “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”-ı əsasında Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuş, 02 iyul 2022-ci ildə keçirilmiş Uşaq Endokrinoloqlarının I konqresi (sertifikat)

22. ASN və TN birgə təşkil etdiyi “Sağlam təhsil, sağlam nəsil” layihəsi, həkim-pediatr

23. Azərbaycan Tibb Universiteti və Azərbaycan Pediatriya Assosiasiyası, Pediatrik Konfrans ( Bakı, 17-19 aprel, 2014), sertifikat

24. Ege Üniversiteti Sürekli Eğitim Merkezi, “HASTANE ÖNCESİ ACİL BAKIMDA EKG VE ARİTMİ YÖNETİMİ”, 2022

25. XIV Ümumdünya Böyrək gününə həsr olunmuş “Müasir nefrologiyanın aktual problemləri”, 14.03.2019

26. ITLS Advanced Provider, 2023

27. Non-communicable diseases ( NCD): Global Mental Health and Neurodevelopmental Disorders Across the Lifespan İnternational Symposium (Bakı, 16-17 mart, 2015), sertifkat

28. TC Sağlık Bakanlığı Ulusal Medikal Kurtarma Ekibi tarafından 05-09 aralık 2022 tarihleri arasında Türkiye İzmir”de gerçekleştirilen “Ulusal Medikal Kurtarma Ekibi Temel Eğitimi” (sertifikat)

29. Teaching Course on congenital heart diseases: morphology, echocardiography, and imaging ( Bakı, 20 Noyabr), certificate

30. The 1st Conference of the İnternational Heart Team of Azerbaijan “ Updates in congenital heart disease “ ( 20-22 Noyabr, 2014), certificate

31. Ulusal Allerji ve Klinik İmmünoloji Kongresi (2013, 2017, 2018), poster məruzə və s.

32. Ulusal Allerji ve Klinik İmmünoloji Kongresi (2025), poster məruzə

33. Uluslararası Acil Tıp sempozyumu ( Bakı, 13-15 aprel, 2012), sertifikat

34. USAID dəstəyi ilə ÜST-nin Ölkə Ofisinin həyata keçirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri çərçivəsində 12-27 oktyabr 2022-ci il tarixində təcili tibbi yardım üzrə potensial qrupun adaptasiya təlimi (sertifikat)

35. USAID dəstəyi ilə ÜST-nin Ölkə Ofisinin həyata keçirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri çərçivəsində 12-13 dekabr 2022-ci il tarixində “Təməl təcili ultrasəs kursu” təlimi (sertifikat)

36. USAID dəstəyi ilə ÜST-nin Ölkə Ofisinin həyata keçirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri çərçivəsində 08.02.-09.02.2023-cü il tarixində təşkil olunmuş “Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi” mövzusunda təlim (sertifikat)

37. USAID-in maliyyə dəstəyi ilə ÜST-nin Ölkə ofisinin həyata keçirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində 03.02-04.02.2023-cü il tarixində “Təməl həyat dəstəyi” və “Təkmil həyat dəstəyi” kursu üzrə təlim (sertifikat)

38. Azərbaycan-Türkiyə Allerqoloq Və Immunoloqlarının 2 -ci Beynəlxalq Konfransı /10.05.2025 - 10.05.2025 (sertifikat)  

39. Ümumdünya Allerqologiya Məktəbi / 09.05.2025 - 09.05.2025  (sertifikat)              

40. Pediatriyada Müasir Yanaşmalar və Multidisiplinar İnteqrasiya /Azərbaycan Pediatrlar Asosiassiyası /29.11.2025 - 30.11.2025 (sertifikat)                             

41. Tibb festivalı  Azərbaycan Tibb Universiteti /06.05.2025 - 08.05.2025 (sertifikat)     

42. “Akademik irs 130: Cərrahiyyədə elmi və peşəkar yanaşmalar”/ Azərbaycan Tibb Universiteti /30.10.2025 - 31.10.2025 (sertifikat)                     

43. 1-ci Azərbaycan Pediatrik Revmatologiya Simpoziumu / Azərbaycan Pediatriya Cəmiyyəti/ 01.02.2025 - 01.02.2025 (sertifikat)                        

44. Guillain-Barre Sindromu A-dan Z-yə /ÖZƏL TİBB MÜƏSSİLƏRİ ASSOSİASİYASI /12.07.2025 - 12.07.2025 (sertifikat)                    

45. Vaxtından əvvəl doğulanlar gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans / K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu /17.11.2025 - 17.11.2025 (sertifikat)                        

Hərbi Təbabətin Aktual Problemləri-2025 / Azərbaycan Tibb Universiteti/26.05.2025 - 27.05.2025 (sertifikat)

Məqalə

1. “Yuvenil artritlər və həyat keyfiyyəti anlayışı” / “Müasir təbabətin nəaliyyətləri” jurnalı / 2020.

2. Musayev S.N., Məmmədova S.N., Məmmədova Z.U./ Uşaqlarda autoiltihabi sindromların klinik-laborator diaqnostikası // “Sağlamlıq” jurnalı, 2020, №3, s. 7–13.

3. 2022 С.Н. Мусаев, С.Н. Мамедова, З.У. Мамедова / Течение COVID-19 у больных с ювенильным идиопатическим артритом // Российский педиатрический журнал, Том 3, №1, 2022, стр. 209.

4. 2023 Л.И. Аллахвердиева, Н.М. Гулиева, З.У. Мамедова. /Корреляция между качеством жизни и тяжестью заболевания педиатрических пациентов с атопическим дерматитом // THE FIRST INTERNATIONAL SCIENTIFIC-PRACTICAL VIRTUAL CONFERENCE IN HEALTH INNOVATIONS & RESEARCH: PROGNOSIS, ACHIEVEMENT, AND CHALLENGES, 15.12.2023, стр. 14–15.

5. S.N. Məmmədova, L.Ə. Hidayətova, Z.U. Məmmədova.«Гастроинтестинальные симптомы и их связь с качеством жизни у детей с ювенильным артритом» // «Azərbaycan Pediatriya jurnalı», tom 1, №3, s. 1–5, 2023.

6. Allahverdiyeva L.İ., Quliyeva N.M., Məmmədova Z.U., Xəlilova A.V.“Toksik epidermal nekroliz” // Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 11, №2, 2023, səh. 17–21, Bakı, Azərbaycan.2024

7. Н.М. Гулиева, С.Н. Мамедова, З.У. Мамедова. /“Оценка факторов, влияющих на прогноз при системном ювенильном идиопатическом артрите” // Медицинские новости, 2024, №4, с. 76–77, Belarus.2025

8. Pənahova M.S., Məmmədova S.N., Məmmədova Z.U. /Yuvenil idiopatik artritin ultrasəs müayinəsi // Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 13, №1, 2025, səh. 29–35. DOI: https://doi.org/10.28942/

9. İbrahimova Ş.H., Quliyeva N.M., Məmmədova Z.U./İmmun patoloji xəstəliklərin immunodiaqnostikası // Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı, Cild 13, №2, 2025, səh. 39–47. DOI: https://doi.org/10.28942/

Üzv olduğu qurum

“Yeni Azərbaycan” partiyası

Azərbaycan Allerqoloqlar, İmmunoloqlar və İmmunoreabilitoloqlar cəmiyyəti