
1994-cü ildə Nizami rayonundakı 250 saylı orta məktəbə getmiş, 2-ci sinfi bitirdikdən sonra imtahan yolu ilə 4-cü sinfə keçmiş, 2004-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə ATU-nun II müalicə-profilaktika fakültəsinə daxil olmuş, oxuduğu müddətdə Tələbə Elmi Cəmiyyətində fəal iştirak etmiş, iştirakına görə sertifikatlar almış və 3 dəfə diplomla təltif olunmuşdur, elmi jurnallarda dərc olunmuş 2 məqalənin həmmüəllifi olmuşdur. 2010-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
2010-2011-ci il tarixlərində ATU-nun “Şüa diaqnostika və şüa terapiyası” kafedrasında Həkim-şüa diaqnostik ixtisası üzrə internatura kursu keçmiş, 2011-2014-ci il tarixlərində eyni kafedrada doktorantura təhsili almışdır. Elmi işi ilə əlaqədar araşdırmaları ATU-nun Klinikalarında, Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Milli Onkologiya Mərkəzlərində, həmçinin akademik məzuniyyətdə olduğu Türkiyə Respublikasının Lütfi-Kırdar adına Elmi-tədqiqat İnstitutunun PET-KT şöbəsində aparmışdır. 06.04.2018-ci il tarixində 3225.01- “şüa diaqnostikası və terapiyası” ixtisası üzrə “Ağciyər xərçənginin erkən diaqnostikasında kompleks şüa müayinə metodlarının tətbiqi” adlı dissertasiya işini müdafiə etmiş, 2021-cı ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
2011-2016-ci illərdə ATU-nun Tədris Terapevtik Klinikasında və General Hospitalda həkim-şüa diaqnostik olaraq çalışmışdır. 2016-cı ildən bu günədək ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasında fəaliyyət göstərir. Azərbaycan və ingilis bölmələrində dərs aparır.
2016-2019-cu illər Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında baş laborant
2019-cu ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında assistent
2004-2010 – ali təhsil, II müalicə-profilaktika fakültəsi, Azərbaycan Tibb Universiteti
2011-2014 - doktorantura, “şüa diaqnostikası və terapiyası” kafedrası, Azərbaycan Tibb Universiteti
Tibb üzrə fəlsəfə doktoru
07.2009-08.2009 - “Yay istehsalat təcrübəsi”, Ankara Tibb Universitetinin İbn-Sina Xəstəxanası (Türkiyə Cumhuriyyəti)
01.2012-04.2012 - “İnformatika” kursu, İnformasiya və Texnalogiya İnstitutu
11.2012-01.2013 - Akademik məzuniyyət, Lütfi Kırdar adına Elmi-Tədqiqat İnstitutu (Türkiyə Cumhuriyyəti)
2016-cı il - İngilis dili kursu, ATU-nun İngilis dili kafedrası
07.2017 - “Azərbaycan IV Beynəlxalq Psixologiya konfransı”, Xəzər Universiteti
12.2023-06.2024 – İngilis dili kursu (B2 sertifikatı), “British Academy”
26.04.2024-08.05.2024 - “Pedaqoji peşəkarlığın inkişafı” mövzusunda təlim, Azərbaycan Tibb Universiteti
Döş qəfəsinin sümük və birləşmələrinin morfometriyası, yaş, cinsi, fərdi xüsusiyyətləri
“Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyinin üzvü
“Azərbaycan Radioloqlar Cəmiyyəti” ictimai birliyinin üzvü
ATU-nun 2016-cı ildə yaradılmış Gənc Alimlər Birliyinin idarə heyyətinin üzvü