Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1998-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun  Pediatriya fakültəsinə daxil olub və 2004-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.2004-2005-ci illərdə Akademik Zərifə Əliyeva adına Elmi-tədqiqat Göz xəstətəlikləri İnstitutunda (indiki adla Milli Oftalmologiya Mərkəzində)internatura kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnmişdir.

2005-ci ildə Akademik Zərifə Əliyeva adına Elmi-tədqiqat Göz xəstətəlikləri İnstitutunda (indiki adla Milli Oftalmologiya Mərkəzində) Göz xəstəlikləri ixtisası üzrə aspiranturaya daxil olmuşdur və 2008 -ci ildə aspiranturanı bitirmişdir.2012-ci ildə ”Diffuz diabetik makula ödeminin müalicəsində intravitreal triamsinalon asetonidin tətbiqi” mövzusu üzrə müdafiə etmişdir.

2014-cü ildə ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunu almışdır.

2014-2017-ci illərdə  “Bakı Elmi Tədqiqat Göz xəstəlikləri” klinikasında həkim-oftalmoloq vəzifəsində çalışmışdır.2017-ci ildə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tbbi terminologiya kafedrasının baş laborantı vəzifəsində çalışmağa başlamışdır.

2018-ci ildən  Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tbbi terminologiya kafedrasının assistenti vəzifəsində çalışmağa başlamışdır və 2024-cü   ildə’’Yoğun bağırsağın vegetativ sinir təchizatının normada insanda və eksperiment yolu ilə öyrənilməsi’’ mövzusunda tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.

Akademik fəaliyyət

1.2005-2008-ci illər­­­­– Akademik Zərifə Əliyeva adına Elmi-tədqiqat Göz xəstətəlikləri İnstitutunda (indiki adla Milli Oftalmologiya Mərkəzində) Göz xəstəlikləri ixtisası üzrə aspirant.

2.2017-2018-ci illər–  Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tbbi terminologiya kafedrasının baş laborant.

3.2018-2024-cü illər– Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tbbi terminologiya kafedrasının baş assistent.

Təhsili

Ali – Azərbaycan Tibb Universiteti.

Nailiyyətlər (adlar)

Tibb üzrə fəlsəfə doktoru

Peşə və pedaqoji inkişaf

1. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən keçirilmiş Təkmilləşdirmə kursu

2. Rusiya Federasiyası “Reaviz” Samara Tibb Universiteti, Morfoloji problemlər üzrə Elmi-tədqiqat Laboratoriyası

 

 

Elmi araşdırma sahəsi

Diffuz diabetik makulyar ödem, triamsinolon asetonidin intravitreal inyeksiyası, makulyar qrid lazer koaqulyasiyası, bağırsaqların sinir kələfləri, II tip Dogel hüceyrəsinin 3D modeli, neyronların sinsitial əlaqələri

 

 

 

 

Kitab

1. Anatomik terminlər, onların tarixi əsasları və insan anatomiyası fənnində istifadəsi (dərs vəsaiti). Hüseynova G.A.,Şadlinskaya S.V.,Seyidova Z.R.,Babayeva R.E. Bakı, “Müəllim” – 2018, 132 səh

2. Структурная организация  лимфатического русла стенки кишечника. Марков И.И,  Маркова .В.И.,Бабаева Р.Э.(atlas-dərs vəsaiti) Частное учреждение образовательная организация высшего образования »Медицинский Университет «Реавиз» Самара 2021 стр 92

3. Морфология энтеральной нервной системы. Марков И.И,Маркова.В.И., Бабаева Р.Э. (atlas-dərs vəsaiti) Частное учреждение образовательная организация высшего образования »Медицинский Университет «Реавиз» Самара 2021 стр 76

Məqalə

1. Morphometric study of isolated dogiel type II cells of the intermuscular plexus. «Archiv Euro Medica».  Hannover, Almaniya, 2021, səh.17-19 (WOS) DOİ: 10.35630/2199-885X/2021/11/3/4

2. Neuron structure of the ganglion plexuses in the large intestine. «Archiv Euro Medica».  Hannover, Almaniya, 2021, səh.45-47 (WOS) DOİ: 10.35630/2199-885X/2021/11/4.11

3. Morphological features of neurons innervating different parts of the large intestine. «World of Medicine and Biology» Poltava, Ukrayna, 2021, səh.163-167 (WOS) DOİ: 10.26724/2079-8334-2021-2-76-163-167

4. Yoğun bağırsağın sinir kələfləri qanqlionlarının hüceyrə tərkibinin xüsusiyyətləri. Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. 2022, №1-2, DOI: https://doi.org/10.28942/jtcem.v4i1-2.177

Üzv olduğu qurum

1.Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyi

2. Oftalmoloji Türk Cumhuriyyətləri  Dərnəyi(TCOD) Turkish Republiks Ophthalmology Society-TROS

3.Azərbaycan Oftalmoloqlar Cəmiyyəti