
Əliyeva Səbinə Aydın qızı Azərbaycan Tibb Universitetini bitirmiş və hazırda həmin universitetin İnsan Anatomiyası və Tibbi Terminologiya kafedrasında müəllim kimi fəaliyyət göstərir. O, Azərbaycan və İngilis dillərində anatomiya fənnini tədris edir. Klinik ixtisası ginekologiyadır. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini “İnsanın bətinxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin asimetriyası” mövzusunda müdafiə etmişdir. Hal-hazırda kraniometriya sahəsində, eləcə də burun–göz yaşı kanalının anadangəlmə obstruksiyasının anatomik variasiyaları üzrə elmi tədqiqatlar aparır.
Əliyeva Səbinə Aydın qızı 2015-cu ildən etibarən Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya kafedrasında akademik fəaliyyət göstərir. O, müxtəlif kurslarda Azərbaycan və İngilis dillərində dərs aparır, tələbələrin elmi işlərinə rəhbərlik edir və anatomiyanın müasir tədris metodlarının təkmilləşdirilməsi ilə bağlı layihələrdə iştirak edir.
Elmi fəaliyyəti əsasən kraniometriya, üz kəlləsinin asimetriyası və burun gözyaşı kanalının (nasolakrimal) anadangəlmə obstruksiyasının anatomik variasiyalarının KT əsaslı analizi istiqamətlərini əhatə edir. O, yerli və beynəlxalq elmi jurnallarda məqalələrin müəllifidir və bir sıra beynəlxalq anatomik konfranslarda məruzələrlə çıxış etmişdir.
1991–1997 – Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutu, Müalicə-profilaktika fakültəsi.
1997–1998 – Bakı şəhəri 5 saylı Klinik Doğum Evi, Anesteziologiya və reanimatologiya üzrə internatura.
2004 – Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu, Ginekologiya üzrə ixtisasartırma kursu.
2017-2022 “İnsanın bətn xarici inkişafının müxtəlif mərhələlərində üz kəlləsinin asimmetriyası” mövzusunda namizədlik dissertasiyası üzərində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 03.06.2022 ci il tarixli qərarı ilə 3241.01- İnsan anatomiyası ixtisasında tibb elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2010–2015-ci illərdə Şamama Həsənova adına 5 saylı Kliniki Doğum Evində ginekologiya ixtisası üzrə fəaliyyət göstərmişdir.
2015-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya kafedrasında çalışır. Hazırda Azərbaycan və İngilis dillərində insan anatomiyası fənnini tədris edir.
İnsan anatomiyası fənninin Azərbaycan və İngilis dillərində tədrisi üzrə metodik materialların hazırlanmasında iştirak.
Tələbələrin elmi işlərinə rəhbərlik və onların konfrans çıxışlarına hazırlığında dəstək.
Beynəlxalq və yerli anatomik konfranslarda iştirak edərək müasir tədris metodlarının tətbiqinə dair biliklərin artırılması.
Tədris prosesində vizual və rəqəmsal tədris resurslarının tətbiqi.
Üz kəlləsinin asimetriyası və postnatal inkişaf dövrlərində kraniofasial dəyişikliklər
Kranimetriya və kəllə morfologiyasının analizi
Nasolakrimal kanalın anadangəlmə obstruksiyasının anatomik variasiyaları (KT əsaslı tədqiqatlar)
Kraniofasial anatomiya və kəllə quruluşunun kliniki əhəmiyyəti
Üz skeletinin morfoloji xüsusiyyətlərinin diaqnostik və klinik tətbiqləri
2019-cu ildə nəşr olunmuş “Human Anatomy” (İnsan Anatomiyası) kitabının İngilis dilinə tərcüməçilərindən biridir.
One of the translators of the Human Anatomy textbook published in 2019 into the English language.
Один из переводчиков учебника “Human Anatomy” (Анатомия человека), изданного в 2019 году, на английский язык.
1. Асимметрия размеров «верхнего веера» у взрослых людей с различной формой лицевого черепа СА Алиева, БМ Гусейнов Журнал анатомии и гистопатологии 7 (1), 9-13, 2018
2. Половые особенности асимметрии краниометрических показателей при различных формах лицевого черепа САК Алиева, ШВБ Оглы, НТО Мовсумов Морфологические ведомости 27 (4), 9-15, 2019
3. DETERMİNATİON OF THE ASYMMETRY OF THE LATERAL VİEW İN DİFFERENT FORMS OF THE SKULL.SA Aliyeva
Journal of Theoretical, Clinical and Experimental Morphology 5 (1), 23-27, 2025
4. İNSAN FOTOŞƏKİLLƏRİNDƏ ÜZ NAHİYƏSİNİN ASİMMETRİYASININ MÜƏYYƏN EDİLMƏSİNİN NƏTİCƏLƏRİ СА Алиева
Azerbaijan Medical Journal, 120-124, 2022
5. DETERMİNATİON OF THE ASYMMETRY OF THE LATERAL VİEW İN DİFFERENT FORMS OF THE SKULL.SA Aliyeva
Journal of Theoretical, Clinical and Experimental Morphology 5 (1), 23-27, 2025
6. Половые особенности асимметрии краниометрических показателей при различных формах лицевого черепа САК Алиева, ШВБ Оглы, НТО Мовсумов Морфологические ведомости 27 (4), 9-15, 2019
7. Асимметрия размеров «верхнего веера» у взрослых людей с различной формой лицевого черепа СА Алиева, БМ Гусейнов Журнал анатомии и гистопатологии 7 (1), 9-13, 2018
8. Identifying asymmetry in different forms of lateral (side) view of facial skulls | Üz k?ll?sinin müxt?lif formalarinin yan görünüsünd? asimmetriyanin təyini Aliyeva, S.A. Azerbaijan Medical Journal Open source preview, 2020, 2020(1), pp. 172–176
9. Identifying asymmetry in different forms of lateral (side) view oLearning the effective section of craniometric" yelpic" method in the warming of asymmetry of the solution СА Алиева, ВБ Шадлинский Журнал теоретичеcкой, клинической и экспериментальной морфологии 2, 27-34, 2019
10. RESULTS OF DETERMINING THE ASYMMETRY OF THE HUMAN FACIAL AREA IN PHOTOGRAPHS | İNSAN FOTOŞƏKİLLƏRİNDƏ ÜZ NAHİYƏSİNİN ASİMMETRİYASININ MÜƏYYƏN EDİLMƏSİNİN NƏTİCƏLƏRİ Aliyeva, S.A.
Azerbaijan Medical Journal Open source preview, 2022, (2), pp. 120–124
Azərbaycan Anatom, Histoloq və Embrioliqlar elmi cəmiyyəti.