
Qarayeva S.D. 1982-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1999-cu ildə Bakı şəhəri 102 saylı orta məktəbi bitirərək Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.2006-cı ildə universiteti bitirmişdir.
2005-2006-cı illərdə M.Mirqasımov adına Respublika Klinik xəstəxanasında həkim-interna vəzifəsində çalışmışdır.
20.04.2008-ci ildə ATU-nun İnsan anatomiyası kafedrasında baş laborant olaraq fəaliyyətə başlaməşdır.2009-cu ildə assistant vəzifəsinə seçilmişdir.2014, 2019-cu illərdə yenidən assistant vəzifəsinə seçilmişdir.2023-cü ildə baş müəllim vəzifəsinə seçilmişdir.
2018-ci ildə R.E.A-nın akademiki əməkdar elm xadimi, professor V.B.Şadlinskinin rəhbərliyi altında “ İnsanın bətnxarici inkişafında müxtəlif formalı kəllələrin göz yuvasının aşağı yarığının morfoloji və ölçü göstəricilərinin xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir.2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.S.D.Qarayeva özünün nəzəri səviyyəsinin və pedoqoji peşəkarlığının artması üçün daim öz üzərində çalışaraq, işlədiyi müddət ərzində universitet əməkdaşları və tələbələr arasında böyük hörmət qazanmışdır.
2008-2009-cu illər ATU-nun İnsan anatomiyası kafedrasında baş laborant.
2009-2023 cü illər ATU-nun İnsan anatomiyası kafedrasında assistent.
2023-hal-hazıra qədər ATU-nun İnsan anatomiyası kafedrasında baş müəllim.
1988-1999-cu illər-102 saylı orta məktəb.
1999-2005-ci illər.Azərbaycan Tibb Universiteti, I müalıcə profilaktika fakültəsi.
2005-2006-cı illər. M.Mirqasımov adına Respublika Klinik xəstəxanasında həkim-interna.
Tibb üzrə fəlsəfə doktoru
2023, ATU-nun Tibb və sağlamlıq elmləri kafedrasının təşkil etdiyi “Pedaqoji peşəkarlığın inkişafı” təlimi.
“Azərbaycan Anatomlar,Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyi