ATU-nun stomatologiya fakültəsində tələbələrlə toplantı keçirilib

Stomatologiya fakültəsində qrup nümayəndələri ilə ikinci genişləndirilmiş toplanti keçirilib. Toplantıya Stomatologiya fakültəsinin bütün kurslar üzrə qrup nümayəndələri ilə yanaşı, xarici tələbələr üzrə dekan t.ü.f.d.Orxan İsayev və qonaq qismində “Texno Park” MMC şirkətinin əməkdaşları iştirak edirdilər.

Fakültə dekanının müavini, t.ü.f.d.Kamran Babayevin giriş nitqindən sonra söz qonaqlara təqdim olunub. “Texno Park” MMC şirkət nümayəndələri çıxış edərək, təmsil etdikləri şirkətin iş fəaliyyəti haqqında məlumatı tələbələrin nəzərinə çatdırdılar. Qeyd olundu ki, bu şirkət kiçik və orta elmitutumlu innovasiya şirkətlərinin inkişafı üçün maksimum əlverişli mühitin formalaşdığı elmi-istehsalat kompleksi, elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılması ilə məşğul olur. Təqdimatın sonunda şirkət təmsilçiləri tələbələri maraqlandıran sualları cavablandırdılar.

Sonra dekan dos. Səid Əhmədov tələbələrə qarşıdan gələn imtahan sessiyası haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, imtahan sualları internetdə yerləşdirilib, istənilən tələbə suallarla orada tanış ola bilər: “Yuxarı kurs tələbələrinin nəzərinə çatdırım ki, əvvəlki illərdən fərqli olaraq, imtahan sualları azalıb və səhv cavablar, düz cavabları silmir, hər biriniz imtahan mərkəzinə gedin və özünüzü yoxlayın. Bunu da nəzərinizə çatdırım ki, imtahan günlərində bütün tələbələr imtahan saatından 15-20 dəqiqə əvvəl VTM-də olmalıdırlar”.

Dekan dos.Səid Əhmədov tələbələri maraqlandıran digər sualları ətraflı cavablandırdı və onların problemlərinin həlli üçün lazımi tövsiyyələr verdi.

Sonra dekan müavini Kamran Babayev çıxış edərək qrup nümayəndələrinin vəzifələrrinin məsluliyyətindən dnaışdı: “Qruplarda dekanlığın təmsilçisi olaraq aktiv fəaliyyət göstərin, kiminsə haqqının tapdalanmasına imkan verməyin, tələbə haqlı olarsa lazım gəldiyində onu müdafiə edin. Əgər bu və digər məsələlərlə bağlı qrupda problemlər baş verərsə, dərhal dekanlığa məlumat verməyinizi xahiş edirəm”.

Sonda dekan dos. Səid Əhmədov qarşıdan gələn imtahan sessiyasında bütün tələbələrə müvəffəqiyyətlər, dünya azərbaycanlılarının həmrəylik günü və yeni ildə bayramklarını təbrik edərək, hamıya can sağlığı, dövlətimizdə firavanlıq və hamının işlərində uğurlar arzuladı.

Qeyd edək ki, görüşdə ATU-nun stomatologiya fakültəsinin tədris məsləhətçisi Qələndər Aslanov da iştirak edirdi.