ATU-nun stomatologiya fakültəsinin dekanlıq nümayəndələri universitetə yeni qəbul olan tələbələrlə görüşüb

I kurs tələbələri ilə görüş stomatologiya fakültəsinin dekanlıq nümayəndələrinin iştirakı ilə də baş tutub.

 

Fakültənin dekanı, dosent Səid Əhmədov tələbələrə ATU-dakı tədris prosesi, imtahanlar, dərslərin aparılması, həmçinin nizam-intizam qaydaları haqqında geniş məlumat verib. Bu il stomatologiya fakültəsinə keçid ballarının çox yüksək olduğunu xatırladan dekan universitetdə təhsil almağın çətinliklərindən də danışıb. Qeyd edib ki, qəbul olunandan sonra bəzi tələbələrdə arxayınçılıq yaranmasının heç bir əsası yoxdur.

 

Eyni zamanda fakültənin səmimi kollektivinə güvənməyi tövsiyə edərək, seçdikləri ixtisası dərindən mənimsəmək üçün ciddi çalışan tələbələrin tibbi təhsildə də uğur qazanacaqlarını əminliyini söyləyib.

 

Görüş zamanı tələbələri və valideynləri maraqlandıran suallar da cavablandırılıb.