Heydər Əliyev
ATU-nun Əczaçılıq fakültəsinin məzun kursunda imtahanlar uğurla başa çatıb

ATU-nun Əczaçılıq fakültəsinin məzun kursunda imtahanlar uğurla başa çatıb

    Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin məzun kursunda tədris-istehsalat təcrübəsinin Yekun Qiymətləndirməsinin imtahanları uğurla başa çatıb. 
    Tədris ilində fakültənin IV kursunda ümumilikdə 91 tələbə təhsil alıb. Buraxılış imtahanlarında iştirak edən tələbələrdən 49 nəfəri Azərbaycan Respublikası vətəndaşı, 41 nəfəri isə xarici ölkə vətəndaşı olub. Eyni zamanda, əvvəlki tədris ilində məzun ola bilməyən və akademik borclarını aradan qaldıran 1 nəfər Azərbaycan Respublikası vətəndaşı da yekun attestasiyaya buraxılıb. Beləliklə, buraxılış imtahanlarında ümumilikdə 91 nəfər iştirak edib. 
    “Xəstəxana aptekində istehsalat təcrübəsi” üzrə bacarıq imtahanları Əczaçılıq kimyası kafedrasında, “Əczaçılıq sənayesi üzrə istehsalat təcrübəsi” üzrə bacarıq imtahanları Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında, “Aptekdə istehsalat təcrübəsi”  üzrə bacarıq imtahanları isə Farmakoqnoziya kafedrasında keçirilib.
 

Paylaş

Dostlarınız ilə paylaşın.