Farmakoqnoziya və botanika kafedrasında modern laboratoriya fəaliyyət göstərir

Azərbaycan Tibb Universitetinin bütün kafedralarında olduğu kimi, Farmakoqnoziya və botanika kafedrasında da müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir.

 

Kafedranın baş müəllimi Sənəm Əliyevanın sözlərinə görə, bu laboratoriyada tələbələrə nəzəri keçirilən dərslərin əyani hissəsi tədris olunur. Yəni, gələcək həkimlər öyrəndikləri dərsləri məhz burada praktikada tətbiq edə bilirlər: “Laboratoriyada tələbələrə hansı cihazlarla hansı maddələrin alına biləcəyi haqqında məlumat verilir. Məsələn, laboratoriyamızda efir yağlarının alınması üçün ginzburger üsulu (hidrodistillasiya üsulu), su məhsullarının toz halına salınması üçün leafilizator aparatı, nazik təbəqəli xromoteq xammalları aşkar etmək üçün UV lampa aparatı (dalğa uzunluğu 365-254NM), su buxarlandırıcı rotor aparatı, (üzvi həlledicilərin qovulması üçün) mövcuddur”.

 

S.Əliyevanın sözlərinə görə, istənilən tələbə bu laboratoriyada elmi tədqiqat işi apara bilər: “Bu işdə Tələbə Elmi Cəmiyyəti (TEC) də tələbələrin köməyinə çatır. TEC vasitəsilə tələbələr istənilən elmi işi bu laboratoriyalarda rahat və sərbəst şəkildə işləyə bilərlər. Farmakoqnoziya və botanika kafedrasının laboratoriyasında magistrlərin də diplom işini tədqiq etməsi üçün lazımi şərait var. Bunlarla yanaşı, tədris proqramına daxil olan laboratoriya işləri də burada tələbələrlə birgə icra olunur”.

 

Baş müəllim bildirir ki, laboratoriyada tələbələrə yalnız avadanlıqların tətbiq sahəsi izah olunur. Laboratoriya işlər sonrada tələbələr tərəfindən müstəqil şəkildə icra olunur.