Azərbaycan Tibb Universitetinin professoru Azərbaycan Qastroenteroloq və Hepatoloqların ictimai birliyin fəxri sədri Əli Hidayətovun rəhbərliyi ilə 29.10.2018-ci il tarixdə Excelsior oteldə Azərbaycan Qastroenteroloq və Hepatoloqların ictimai birliyin “MDB ölkələrində B və D virus hepatitlərinin epidemiologiya və müalicəsi” adı altında elmi konfrans uğurla həyata keçirildi. Konfransda qonşu Rusiyadan professsor Vladimr Çulanov və Özbəkistan respublikasından professor Gülnarə İbadova qonaq olaraq, mövzu barəsində ətraflı çıxış etdilər. Konfransda eləcə təşkilatın sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, doktor Yusif Alxazov mövzu barəsində öz çıxışlarını təqdim etdilər. Konfransda çoxlu sayda həkimlər və tibb universitetinin müəllimləri iştirak ediblər.