Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə şahmat yarışı keçirilib. Yarışda 20 tələbə iştirak edib.
THİK-nin sədri Elvin Kərimlinin bildirdiyinə görə, yarış III turda keçirilib. İlk yerləri tutan qaliblərə - II MPF-nin tələbələri Nisə Bəhramovaya, Fərid Məmmədhüseynova, I MPF-nin tələbəsi Toğrul Abdullayevə qiymətli hədiyyələr təqdim olunub.
E.Kərimlinin qeyd etdiyinə görə, tələbələr şahmat yarışından razı qaldığından, onların da istəyini nəzərə alıb, bu tipli yaraşları vaxtaşırı təşkil etmək niyyətindədirlər.