Ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Tibb Universitetində də Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilib. ATU-nun bioloji kimya kafedrasının əməkdaşları da bu faciəni xüsusilə qeyd ediblər. Kafedranın müdiri, professor Gülnarə Əzizovanın verdiyi açıqlamaya görə, qan yaddaşımız olan Xocalı faciəsi unudulmasın deyə, ötən həftənin 5-ci günündən etibarən silsilə tədbirlər keçirilir. Müəllimlər faciə ilə bağlı hər gün tələbələrə məlumat verirlər. Verilən məlumat xarici tələbələrin də diqqətini çəkib və onlar münasibətlərində faciəni törədənləri lənətləyirlər. Assistentlərdən Ellada Hüseynova, Nigar Mikayılova faciəni əks etdirən banner hazırlayaraq kafedranın dəhlizində yerləşdiriblər. Bannerdə yerləşdirilən şəkil və məlumatlar demək olar ki, faciəni tam əks etdirə bilib.
Kafedranın əməkdaşları öz növbəsində xalqımızın qan yaddaşı olan Xocalı faciəsini unutmamağı, bu faciəni dünyaya tanıtmaq üçün hər kəsə əlindən gələni etməyi tövsiyyə ediblər.