ATU “DOST xonçası” kampaniyasının növbəti iştirakçısı oldu

Bayramlar gözəldir. Onları daha da özəl edən bayramlaşmaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “DOST xonçası” kampaniyasının növbəti estafetini Azərbaycan Tibb Universiteti olaraq məmnuniyyətlə təhvil alıb paytaxtımızın sakini Mirzəyeva Rəbiyyə xanımı ziyarət etdik. Ona kollektivimizin ən xoş arzu və diləklərini çatdırdıq.

 

Rəbiyyə xanım göstərilən diqqətə görə təşəkkür etdi. Ziyarət zamanı Rəbiyyə xanım öz həyatı haqqında məlumat verdi, müxtəlif mövzularda söhbətlər oldu.

 

Azərbaycan Tibb Universiteti olaraq “DOST xonçası” adından bu nəcib missiyanı davam etdirməsi üçün INNOLAND Incubation & Acceleration Center -a ötürürük. Bir daha bayramınız mübarək!

 

Qeyd edək ki, bayram xonçası Azərbaycan Tibb Universitetinin Tələbə həmkarlar təşkilatının sədri Elvin Kərimov və Tələbə gənclər təşkilatının sədri Rauf Vəliyev tərəfindən aparılıb.