İctimai səhiyyə fakültəsinin rəhbərliyi tələbələrlə birgə Novruz şənliyi keçirib

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin rəhbərliyi bir qrup tələbələri ilə birgə Novruz şənliyi keçirib. Bayram tədbirində fakültə dekanı, professor Anar Ağayev çıxış edərək, bunun bir ilk olduğunu bildirdi. Bundan sonra belə tədbirlərin davamlı olacağını qeyd etdi: "Artıq sizin fakültə ilə sıx əməkdaşlığınızı, aktiv iştirakınızı bütün tədbirlərdə gözləyirik. Biz də fakültə olaraq, sizlərlə belə səmimi görüşlər keçirməkdən daim məmnunluq duyuruq. Sizi və ailə üzvlərinizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm".

 

Tədbirdə İctimai səhiyyə fakültəsinin dekan müavini Qalina Qəniyeva, tyutor İlham Bayramov, tələbələr və bəzi qrup nümayəndələri iştirak edib. Tələbələr arasında maraqlı oyunlar oylanılıb, müxtəlif yarışlar keçirilib.