ATU-da təntənəli Noruz şənliyi keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) təntənəli Novruz şənliyi keçirilib. Tədbir ATU rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunub.

 

Novruz şənliyini ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, bu tarixi bayramın ölkə üçün əhəmiyyətindən danışıb.

 

Rektor G.Gəraybəylinin sözlərinə görə, Novruz bayramı artıq bir çox ölkələrdə də təbliğ olunur: “Ölkəmiz böyük və doğma bir bayram ərəfəsindədir. Baharin bayramı olan Novruzu qarşılamağa hazırlaşırıq. Ölkəmizin tarixində bu bayramın özünəməxsus yeri var. Hər bir azərbaycanlı ailəsi Novruzu həmişə səbirsizliklə gözləyir və çox yüksək səviyyədə qeyd edir. Bu il də Azərbaycanın bütün bölgələrində, eləcə də xarici ölkələrdə Novruz bayramına ciddi hazırlıq işləri gedir. Əminəm ki, bu əlamətdar gün yüksək səviyyədə keçiriləcək. Bu böyük bayram münasibətilə hamınızı təbrik edirəm. Sizə, ailələrinizə, yaxınlarınıza can sağlığı, mehribançılıq, bol ruzi və bərəkət diləyirəm. Həmçinin arzu edirəm ki, istər tələbələrimiz, istərsə də müəllimlərimizin səyi nəticəsində universitetimizin inkişafı daha da sürətlə getsin. Ən qısa vaxtda bu ali təhsil ocağı dünya universitetləri sırasında özünəməxsus layiqli yer tutsun. Həmçinin arzu edirəm ki, ölkə başçımız, cənab İlham Əliyevin ətrafında birləşərək, yaxın gələcəkdə bu bayramları işğal olunmuş torpaqlarımızda, ilk növbədə Xankəndində, Şuşada, Cıdır düzündə qeyd edək"!

 

Novruz şənliyi öz işinə bədii hissə ilə davam edib. ATU-nun “Çinar” rəqs ansamblının rəqsləri, “Şəfa” xalq çalğı alətləri ansamblının ifaları qonaqların zövqünü oxşayıb. ATU-nun bacarıqlı tələbələri isə maraqlı çıxışlar ediblər, səhnəciklər nümayiş etdiriblər. Nərmin Camalova “Əgər məni unutsan”, II kurs tələbəsi Günel Tamarova “Üzüm” mahnısını ifa ediblər. Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Nigar İbrahimlinin pianoda ifası maraqla qarşılanıb. Müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Hikmət Abbasov “Aşk mahnısı”, I müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Dilarə İsmayılova “İlk bahar”, müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Əziz Əhmədli “Al məndən gülüşlərini” və “Gecələr bulaq başı”, II kurs tələbəsi Günay Zeynalova Türk mahnısı “Gəl”, gitarada müşayət isə stomatologiya fakültəsinin II kurs tələbəsi Xəlil Məmmədov və müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Aysel İbrahimova, fələstinli tələbələr tərəfindən “Fələstin milli rəqsi”oynanılıb, səhiyyə fakültəsinin III kurs tələbəsi Gülarə Məmmədli və ictimai-səhiyyə fakültəsinin IV kurs tələbəsi Taleh Qasımov, əczaçılıq fakültəsinin II kurs tələbəsi Cəfərli Yasəmən tərfindən “Ana” şeiri dinlənilib. Hərbi Tibb Fakültəsinin IV kurs tələbəsi Nadir Nəbiyev “Sənin eşqin edibdir”, İctimai səhiyyə fakültəsinin II kurs tələbəsi Emilya Hacıhəsənova İspan mahnısı “Siepmre me quedara” ifa edib, müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Laçın Mehdipur və həmin fakültənin II kurs tələbəsi Turan Həmidova “Dəyərmi”, Hərbi Tibb fakültəsinin II kurs tələbəsi Nicat Nəsibli “Novruz gəlir yurdumuza” mahnısını səsləndirib.

 

Novruz bayramına həsr olunmuş tədbir ATU-nun himninin səsləndirilməsi ilə başa çatıb.