Fakültə Elmi Şurasınını iclası keçirilib
Aprelin 3-də İctimai səhiyyə Fakültə Elmi Şurasının iclası keçirilib. İclası giriş sözü ilə açan fakültənin dekanı, professor Anar Ağayev gündəlikdə duran əsas məsələlərlə iştirakçıları tanış edib.
Sonra fakültənin tələbə dekanı Fidan Həsənli, Tələbə Həmkarlar Təşkilatının sədri Ela Qocayeva, TEC-in sədri Sevinc Babayeva, Tələbə Gənclət Təşkilatının sədri Xətayə Quliyeva fəaliyyətləri, gördükləri işlərlər və gələcək planları ilə bağlı geniş məlumat veriblər. Aktiv tələbələrə dekan professor A.Ağayev tərəfindən dekanlıq adından göstərdikləri nümunəvi fəaliyyətlərinə görə təşəkkürnamə təqdim edib.
Daha sonra şuranın gündəliyində duran məsələlər haqqında geniş çıxışlar olub.
ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Babayeva kafedranın illik fəaliyyəti barədə hesabat verib. Hesabatda slaydlar nümayiş etdirilib və bildirilib ki, təqdimat 8 əsas və 2 seçim fənni üzrədir. Ş.Balayeva kafedraların təqvim-mövzu planları, təşkil olunan seminarlar, mühazirələr, elmi-təcrübi işlərin hazırlanmasından söhbət açıb. Tələbələrin fənnlər üzrə geniş nəzəri bilik və təcrübi vərdişlər qazanması üçün onlara universitet rəhbərliyi tərəfindən əlverişli şərait yaradıldığını, həmçinin tədrisin keyfiyyətinin artırılması məqsədilə auditoriya və dərs otaqlarını lazımi əyani vasitələrlə təchiz olunduğunu vurğulayıb.
Sonra müxtəlif məsələlərin müzakirəsinə başlanıb. Fakültə Dövlət İmtahan Komissiyasının katibi assistent İradə Mustafayeva İctimai səhiyyə fakültəsinin 2018/2019-cu il tədris ilində VI kurs tələbələrinin Dövlət Atestasiyasının Obyektiv Strukturlaşdırılmış Praktik İmtahanına (OSPİ) hazırlıq məqsədilə görülən işlər barədə məlumat verərək, tələbələrin uçot vərəqələrinə baxılması və müəyyən çatışmazlıqların aradan qaldırılması ilə bağlı məlumat verib. OSPİ üzrə kafedranın adı, tarixi, vaxtı, qrupun nömrəsi göstərilməklə təlim cədvəlinin tərtib olunduğunu iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin təlimlərin aprelin 10-dan mayın 10-na dək davam edəcəyini qeyd edib.