Çin Respublikasında "Bir Kəmər və Bir Yol Beynəlxalq Tibb Təhsili Alyansı"nın (BRIMEA) Ali Şurasının ikinci iclası və ali tibb təhsili üzrə 3-cü Beynəlxalq Forum keçirilib. ATU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin Mübadilə proqramları üzrə koordinatoru Müşfiq Orucov Çin Tibb Universitetinin (CMU) ev sahibliyi etdiyi bu tədbirlərdə iştirak edib. ATU təmsilçisi Forumda "Azərbaycanda tibb təhsili: dünəni, bu günü və sabahı" mövzusunda çıxış edib.
M.Orucov qeyd edir ki, onun məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, ona Azərbaycanda tibb təhsilinin təşkli ilə bağlı suallar ünvanlanıb.
Sevindirici haldır ki, Forum çərçivəsində Azərbaycan Tibb Universiteti BRIMEA-nın üzvlüyünə qəbul edilib.
Səfər çərçivəsində M.Orucov Çin Tibb Universitetinin rəhbərliyi ilə rəsmi görüşdə iştirak edib, universitetlər arasında əməkdaşlıq haqqında geniş müzakirələr aparılıb.
Həmçinin, M.Orucov səfər çərçivəsində Çin Kardiovaskulyar Assosiasiyasının təşkilatçılığı ilə Suzhou və Şanxay şəhərlərinin ən yüksək reytinqli xəstəxanaları ilə tanış olub, ölkənin tarixi yerlərini gəzib.