Azərbaycan Tibb Universitetinin (ATU) Ümumi və toksikoloji kimya kafedrasının baş laborantı və xarici tələbələrlə iş üzrə dekan müavini Nəzrin Musabəyova Niderlandın Haaqa şəhərində keçirilən “Qadınlar kimyada” adlı simpoziumda iştirak edib.
Dünyanın 53 ölkəsindən nümayəndələrin qatıldığı simpoziumda qadınların kimya sahəsindəki rolu haqqında geniş danışılıb, məruzələr dinlənilib. ABŞ, Almaniya, Kanada, İndoneziya və digər ölkə təmsilçilərinin iştirakı ilə maraqlı müzakirələr aparılıb.
Simpoziumun yüksək səviyyədə keçirildiyi deyən N. Musabəyovanın sözlərinə görə, burada aparılan müzakirələrin Azərbaycan Tibb Unviersitetitinin kimya sahəsindəki tədrisi üçün faydası böyükdür. Bu simpoziumda əldə edilən təcrübələr sayəsində gələcəkdə bir çox yeniliklərə nail olmaq mümkündür.