Klinik qastroenterologiyaya dair dilimizdə ilk dərs vəsaiti işıq üzü görüb

Bu günlərdə ATU-nun I daxili xəstəliklər kafedrasının əməkdaşları – professorlar Vəsadət Əzizov, S.Alimetov, t.ü.e.d. E. Hətəmzadə, dosentlər A. Nuriyev, S. Muradova, A. Ələkbərova və K. Məmmədyarovanın kollektiv müəllifliyi ilə “Klinik qastroenterologiya ” Yemək borusu, mədə və bağırsaq xəstəlikləri adlı (I hissə) dərs vəsaiti professor Vəsadət Əzizovun redaktorluğu ilə yüksək nəfis tərtibatda işıq üzü görüb.

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Terapiya” kafedrasının professoru İ.Mustafayevin rəyçiliyi ilə çap olunan bu dərs vəsaitində yemək borusu, mədə və bağırsaq xəstəliklərinin klinikası, diaqnostikası və müasir müalicə üsulları barədə geniş məlumat verilib.

 

Məlumat üçün onu da bildirək ki, VI fəsildən və 365 səhifədən ibarət olan “Klinik qastroenterologiya” kitabına qədər Azərbaycan dilində bu adda bir dənə də olsun dərs vəsaiti nəşr edilməyib.

 

Kitabda müəlliflər klinik qastroenterologiyaya aid fizoloji, morfoloji, diaqnostik, müalicəvi və profilaktik materialları müasir səviyyədə, kompleks şəkildə işləyərək maksimum dərəcədə aydın və rasional stildə bu sahədəki son nailiyyətlərə və individual təcrübəyə əsaslanaraq təsvir ediblər.

 

Kitab qastroenteroloqlar, terapevtlər, gənc həkimlər, rezidentlər, ordinatorlar və digər həkim mütəxəssislər üçün nəzərdə tutulub.