Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının kardioloqu Yasmin Rüstəmova Azərbaycanda ilk dəfə olaraq Kardiovaskulyar MRT görüntüləmə sertifikasiya imtahanını uğurla verərək bu beynəlxalq sertifikata layiq görülüb.
Dünyada çox az sayda mütəxəssis bu sertifikata malikdir.
Kardioloq, tibb üzrə fəlsəfə doktoru Y.Rüstəmova ürək görüntülənməsi və ürək çatışmazlığı üzrə Avropada ixtisaslaşma keçib. Qeyd edək ki, Yasmin Rüstəmova Azərbaycanda Kardiovaskulyar MRT müayinəsi sertifikatının ilk və yeganə sahibidir.