II Müalicə-profilaktika fakültəsinin tələbələri ilə görüş keçirilib

Növbəti tədris ilinin dərs cədvəlində aparılacaq yenilik və dəyşikliklərlə bağlı II Müalicə-profilaktika fakültəsinin tələbələri ilə görüş keçirilib.

 

Görüşü fakültənin dekanı, dosent İsrail Məhərrəmbəyli açaraq tədbirin mahiyyəti barədə tələbələrə ətraflı məlumat verib. Sonra Azərbaycan Tibb Universitetinin tədris hissə müdiri, dosent Samir Cavadov növbəti tədris ilində dərs cədvəlində nəzərdə tutulan yeniliklər və dəyişikliklərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Dərs cədvəlində nəzərdə tutulan dəyişikliklər və fasilələr arasında müddət tələbələrin geniş müzakirəsinə səbəb olub. Bu barədə müxtəlif təkliflər səsləndirilib.

Təkliflər arasında əvvəlki dərs cədvəlinin tətbiq olunması fikrini səsləndirənlər də olub. Dosent S.Cavadov səsləndirilən fikirlərin nəzərə alınzcağını iştirakçıların diqqətinə çatdırıb.