“Təbib” istirahət düşərgəsində yaradılan şəraitə görə təşəkkür məktubu

Azərbaycan Tibb Universitetinin “Təbib” istirahət düşərgəsində ildən-ilə yüksək səviyyədə abadlıq-quruculuq işləri aparılır, düşərgədə istirahət edənlərə göstərilən xidmətin səviyyəsi keyfiyyətcə yaxşılaşdırılır. Düşərgədə yaradılan ideal şərait universitet əməkdaşlarının əlamətdar günlərimizi və müxtəlif bayramlarımızı belə bu məkanda yüksək səviyyədə qeyd etməyə imkan verir.

 

Bu yaxınlarda I Cərrahi xəstəliklər kafedrasının əməkdaşları kafedranın müdiri, professor Nuru Bayramovun rəhbəriyi ilə “Təbib” istirahət düşərgəsində olublar. Orada yaradılmış ideal şərait, göstərilən xidmətdən kollektiv məmnun qalıb. Bu səbəbdən professor N.Bayramov ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təşəkkür məktubu ünvanlayıb. Məktubun mətnində qeyd olunur: “İnsan amilinə xüsusi önəm vermək, ölkəmizin bütün sərvətlərini insanların inkişafına, sağlamlığına, təhsilinə və maddi rifahının yüksəldilməsinə yönəltmək Ulu öndər Heydər Əliyevin və onun layiqli davamcısı Prezident İlham Əliyevin daxili siyasətinin ana xətti, prioritet istiqamətidir. Azərbaycan dövlətinin və xalqımızın əlamətdar günlərini, bayramlarını ölkəmizin füsunkar güşələrində keçirmək kafedramızda bir ənənə halını almişdir. Bu il də ənənəyə sadiq qalaraq 28 May Respublika gününü Universitetimizin Nabran qəsəbəsində yerləşən “Təbib” istirahət düşərgəsində keçirmək məqsədi ilə mayın 27-də, gərgin iş həftəsindən sonra kollektivimizlə birgə həmin düşərgəyə yola düşdük. Sizin bilavasitə rəhbərliyiniz altında və ağır zəhmətiniz hesabına yüksək zövqlə təmir olunmuş və ərazisi başdan-başa abadlaşdırılmış “Təbib” düşərgəsində bir günlük istirahət hər birimizə rahatlıq gətirdi, düşərgənin rəhbəri və xidmətçi heyətinin gözəl münasibəti, öz işlərinə vicdanla, qayğıkeşliklə yanaşması bizdə böyük rəğbət hissi doğurdu. “Təbib” düşərgəsinin yüksək tələblərə cavab verməsi, yeməkxananın, istirahət korpuslarınınəla təmiri və təchizatı, yüksək səviyyəli xidmət hamımızı olduqca qürurlandırdı.

 

Cənab Rektor! Düşərgənin yüksək standartlara uyğun təmiri və yenidən qurulmasında, abadlaşdırılmasında, onun sağlam kollektivinin formalalaşdırılmasında, əməkdaşların mənalı istirahətinin təşkilində birbaşa və davamlı fəaliyyətinizə görə Sizə və universitetin Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyinə bir daha təşəkkürümüzü bildirir