II müalicə-profilaktika fakültə rəhbərliyi qrup nümayəndələri ilə görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) II müaicə-profilaktika fakültəsinin rəhbər şəxsləri I və II kursların qrup nümayəndələri ilə görüş keçiriblər. Fakültənin dekanı, dosent İsrail Məhərrəmbəyli görüşün məqsədi haqqında məlumat verərək bildirib ki, qrup nümayəndələri fakültə rəhbərliyi ilə tələbələr arasında birbaşa əlaqənin yaradılmasını təmin edir: “Məhz qrup nümayəndələri ilə universitet rəhbərliyinin tapşırıqları tələbələrə çatdırılacaq. Siz isə tələbələrin fikir, istək və narahatlıqalrını bizə bildirməlisiz”.

 

Dekan İ.Məhərrəmbəyli həkimlik peşəsinin ən əsas və mühüm peşələrdən biri olduğunu qeyd edib. Bildirib ki, həkimlərin obyekti insan olduğundan, çox diqqətli olmalı, peşəsinə sədaqət və vicdanla xidmət etməlidirlər. Bu xüsusiəyyətlər elə qrup nümayəndələri üçün də önəmlidir. Çünki əgər təhsil illərində tələbələrlə normal münasibət yaratmaq mümkün olacaqsa, onda gələcəyin həkimləri xəstələrlə də dil tapmağı bacaracaq.

 

Sonra dosent İ.Məhərrəmbəyli qrup nümayədələrinə ATU-da aparılan islahatlar, o cümlədən ali məktəbin fəaliyyətini elektronlaşdırıldığını bildirdi: “Artıq ATU elektron universitet sisteminə keçib. Elektron kitabxana da yaradılıb. Tələbələrin müəllimlərlə təmasları minimuma endirilib. Bundan əlavə yeniliklərin tətbiqi də gözlənilir”.

 

Görüşdə II müalicə-profilaktika fakültəsinin dekan müavini Sevinc Məhərrəmova qrup nümayəndələrinə unversitetdə Boloniya təhsil sisteminin tətbiqi, bu sistemin üstünlükləri haqqında məlumat verib. Tələbələri mobil olmağa, fakültə rəhbərliyi ilə daim sıx əlaqədə olmağa səsləyib.