"Neyrostomatologiya"

Bu günlərdə “Neyrostomatologiya” adlı  dərs vəsaiti  işıq üzü görüb. ATU-nun Nevrologiya kafedrasının dosenti Temraz Nəbiyevin müəllifi olduğu dərs  vəsaiti tibbi nevrologiya və neyrostomatologiyanın müasir nailiyyətləri nəzərə alınmaqla tərtib edilib.   

 

Aydın və tədris üçün tələb olunan stildə yazılmış bu kitab özündə geniş spektrli neyrostomatoloji xəstəliklərin etiologiyası, patogenezi, klinikası və ümumi və xüsusiləşdirilmiş müalicəsi barədə məlumatları lazımi səviyyədə özündə əks etdirir.

 

Materialın hazırlanması zamanı tibbi təhsil müəssisələrinin nevrologiya üzrə proqramı  və  neyrostomatoloji xəstəliklərin müasir təsnifatı nəzərdə tutulub. Neyrostomatoloji xəstəliklərə dair tibbi təhsil müəssisələrində indiyədək Azərbaycan dilində dərs vəsaitinin olmaması bu kitabın aktuallığını bir qədər də artırır.

 

Beləliklə, bu dərs vəsaiti tədris prosesində tələbələrə neyrostomatoloji xəstəliklərin öyrədilməsi baxımından, həmçinin praktik məşğələ və mühazirə kursları üşün faydalı bir material kimi istifadəyə tam yararlıdır. Stomatoloqlarla yanaşı digər ixtisaslı həkimlərin və rezidentlərin də gündəlik praktik fəaliy­yətində mühüm və əhəmiyyətli ola bilər.