Tanınmış plastik cərrah beynəlxalq qurultayda təşəkkür aldı

Oktyabrın 26-da Türkiyənin Samsun şəhərində 41-ci Türk Plastik və Rekonstruktiv Cərrahiyyə Qurultayı işinə başlayıb. Türkiyənin Ondoqquz May Universietinin ev sahibliyi ilə keçirilən tədbirdə xarici öləklərin mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr baş tutub.

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının plastik və rekonstruktiv cərrahı, professor Vaqif Qələndərin də qatıldığı qurultayda tibbin bu sahəsinə dair aktual mövzular müzakirəyə çıxarılıb. Professor Vaqif Qələndər qurultayda çıxış edərək Azərbaycanda  plastik və rekonstruktiv cərrahiyyə sahəsində aparılan mürəkkəb əməliyyatlar haqqında məlumat verib. Porfessor bildirir ki, onun apardığımürəkkəb  əməliyyatlar qurulay iştirakçıları tərəfindən yuksək qiymətləndirilib. Sonda Vaqif Qələndərə təşəkkür sertifikatı təqdim edilib.

 

Bu gün işini yekunlaşdıran qurultayda süd vəzinin rekonstruksiyası, dodaq-üz plastikası,post-bariatrik cərrahiyyə, dolğular üzərindən yaşanan problemlər və digər maraqlı mövzular müzakirə olunub. tanınmış cərrahlar həmçinin əməliyyatsız estetik işləmlər, üz estetikasında texnoloji cihazlardan istifadə, plastik cərrahiyyədə xəstənin cinsinin fərqi kimi məsələlərdən də danışıblar.