YAP-ın Nəsimi rayon təşkilatı tərəfindən bu ilin 2 noyabr tarixində rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan tələbələr arasında “Qarabağ Azərbaycanındır” mövzusunda esse müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Azərbaycan Tibb Universitetində partiyanın üzvü olan tələbə gənclər də müsabiqədə iştirak ediblər.
Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bütün intellektual yarışlarda yüksək nəticələr göstərən tələbələrimizin müsabiqədə də ilk yerləri tutacaqlarına əminliyini bildirib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, essenin qiymətləndirilməsində məzmun bütövlüyü, rabitəlilik, ideyanın dəstəklənməsi və düzgün yazı qaydalarına riayət edilməsi əsas götürüləcək. Müsabiqənin nəticələri isə dekabrın sonuncu həftəsində elan olunacaq və qaliblər təşkilat komitəsi tərəfindən mükafatlandırılacaqdır.