12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirik.

 

Heydər Əliyev ömrünün 30 ildən çoxunu Azərbaycan xalqına həsr edib. Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin qüdrətlənməsi üçün olan addımları, xalqa qayğısı daim göz önündə olub. Məhz Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində həmin illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, ölkə daxilində siyasi sabitlik qorunub, iqtisadi və sosial həyat səviyyəsi yüksəlib.

 

Qeyd edək ki, ATU-nun stomatoloji və onkoloji klinikalarının Ümummilli Lider Heydər Əliyevin böyük qayğısı sayəsində yaradılıb. Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin dəstəyi ilə universitetin çoxprofilli terapevtik və cərrahiyyə klinikaları inşa edilib. Bu tibb müəssisələri ən müasir avadanlıqla təchiz olunaraq, əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir.