ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "ATU-90" layihəsi çərçivəsində Azərbaycan Təbabəti muzeyinə hər həftə müxtəlif fakültə tələbələrin gəzintisi təşkil olunur.
Dekabrın 19-da gəzintidən biri MPF2 fakültəsi tələbələri üçün təşkil olunub. Tələbələr universitet avtobusları vasitəsilə hissəli şəkildə muzeydə iştirak ediblər.
Gəzinti zamanı THİK fakültə sədrləri Cavid Mustafazadə və Rəşad Məmmədli tələbələri muzeydəki stendlər haqqında məlumatlandırıb, səhiyyəmizin cümhuriyət dövründən bugünə kimi inkişafını, tibb universitetinin 90 illik tarixini əks etdirən eksponatlarla tanış ediblər.
Tələbələr muzeyi böyük maraqla qarşılamış və müxtəlif eksponatlar barədə maralqnaraq muzey bələdçilərindən ətraflı məlumat alıblar.
Sonda tələbələr muzey və gəzinti haqqında öz fikirlərini , muzeyin xatirə dəftərinə qeyd ediblər.
Layihənin davamı olaraq hər həftə müxtəlif fakültə tələbələri üçün gəzintilər mütəmadiyən təşkil olunacaqdır.