Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ödənişsiz oftalmoloji əməliyyatlar yerinə yetirilib. Əməliyyatları klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov aparıb.
Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum olmuş uşaqlar aksiyadan yararlanıblar.
Dekabrın 21-də 5 tələbə və 1 şəhid anası üzərində cərrahi əməliyyat aparılıb. Qeyd edək ki, bu təşəbbüs artıq üçüncü dəfə həyata keçirilir.