Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqı nəzdində yaradılmış “Teatr tələbələr üçün” dərnəyi ikinci tamaşanı təqdim edib. Bu dəfə tələbələr Sabit Rəhmanın "Nişanlı qız" tamaşasını oynayıblar.
Dekabrın 20-də keçirilən tamaşa tələbələrin marağını cəlb edib. Komediya janrında olan bu əsər cəmiyyətimizdə və məişətdəki bəzi problemləri yumoristik formada əks etdirir. Tamaşanın bədii rəhbəri və ssenari müəllifi Dilbər Rəhim, rejissoru isə Teatr Dərnəyinin sədri Nihad Novruzovdur.
Rolları aşağıdakı tələbələr ifa ediblər:
Camal- Elbəy Cabbarlı
Bənövşə- Sitarə Həsənova
Yusif- Əsəd Şabanov
Qəmər- Rəhimə Nəzərova
Zərifə- Dilbər Rəhim
Mindilli- Nihad Novruzov
Ceyran xala- Aygün Abbasova
Mirzə Salman- Kamran Əliyev
Qasım- Əyyub Eminli
Binanın gələcək sakini- İsmayıl Məmmədli
Texniki heyət:
Texniki heyət rəhbəri - Aysel İsmayıllı
Səs rejissoru- Ramazan Kərimli
İşıq rejissoru- Tağı Bayrampur
Yardımçı heyət: Rza Abbaszadə, İsmayıl Məmmədli