Azərbaycan Tibb Universitetinin (ATU) II müalicə-profilaktika fakültəsinin I və II kurs qrup nümayəndələrinin fakültə rəhbərliyi ilə görüşü baş tutub. Qabaqcıl tələbələrlə görüşdə fakültə dekanı, dosent İsrail Məhərrəmbəyli bildirib ki, toplantının məqsədi aralıq qiymətləndirmənin təhlili, imtahan sessiyasına hazırlıq səviyyəsinin dəyərləndirilməsidir.
Universitetin tədris-hissə müdiri, dosent Samir Cavadov isə yaxın illərdə ATU ilə digər ölkələrin qabaqcıl universitetləri arasında birbaşa tələbə mübadiləsi proqramının tətbiq olunacağını, bununla baglı yeniliklərin gözlənildiyini qeyd edib.
Daha sonra tələbələrin aralıq qiymətləndirmə ilə bağlı fikir və təklifləri dinlənilib. Tələbələr bildiriblər ki, aralıq qiymətləndirmənin 3 həftə ərzində dərs saatlarına uyğun vaxtlarda keçirilməsi dərslərin gedişini pozur. II müalicə-profilaktika fakültəsinin dekan müavini dosent Sevinc Məhərrəmovanın da iştirak etdiyi görüşdə tələbələr sualların çətinlik kateqoriyaları üzrə qruplaşdırılmasınə, semestr ərzində kollokviumların ümumi sayının 3-dən 2-yə endirilməsini təklif etdilər.