ATU rektoru universitet əməkdaşlarını təbrik edib

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli yeni 2020-ci ilin ərəfəsində universitet əməkdaşlarını təbrik edib. Ali məktəbin rəhbər heyətinin üzvləri ilə görüşən rektor G.Gəraybəyli yola saldığımız ilə yekun vurub. Qeyd edib ki, 2019-cu il Azərbaycan Tibb Universitetinin əməkdaşları üçün uğurlu olub.

 

“Universitetimiz çoxsaylı yerli və beynəlxalq tədbirlər, elmi konfranslara ev sahibliyi edib. tədris sistemində yeniliklər və irəliləyişlərə nail olunub. Bu işdə hər kəsin əməyi var, birlikdə universitetimizi bir az da irəli aparmağa çalışdıq. Ümid edirəm ki, qarşıdakı ildə birlikdə daha böyük uğur və nailiyyətlərə imza ata biləcəyik”.

 

Rektor G.Gəraybəyli ATU əməkdaşlarını və ailə üzvlərini təbrik edib. Onlara can sağlığı, uzun ömür, böyük nailiyyətlər, ailə sevinci arzulayıb. ATU rektoru həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə də ATU ailəsinin üzvlərini təbrik edib, gələn ildə dövlətimizin daha da güclənəcəyinə, hər bir sahədə sıçrayışlı inkişafın əldə olunacağına ümid etdiyini bildirib.