2019/2020-ci tədris ili üzrə ATU-dan 1036 nəfər məzun olub

2019/2020-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetindən (ATU) 1036 nəfər məzun olub. Onlardan 634 nəfəri müalicə işi ixtisası üzrə, 74 nəfəri ictimai səhiyyə ixtisası üzrə, 139 nəfəri stomatologiya ixtisası üzrə, 80 nəfəri hərbi həkim ixtisası üzrə, 86 nəfəri əzcaçılıq ixtisası üzrə, 23 nəfəri isə hərbi feldşer ixtisası üzrə məzun olub.

 

Ümumilikdə bu il ATU-nu 149 nəfər fərqlənmə ilə bitirib.

 

Qeyd edək ki, bu ilki 1036 nəfər məzunun 789 nəfəri yerli tələbə, 98 nəfəri isə xarici tələbədir.

 

Məzunlarımızı təbrik edirik, onlara uğurlar diləyir və peşəkar kadr kimi fəaliyyət göstərməlirini arzu edirik.