Heydər Əliyev
Əczaçılıq fakültəsində tələbələr ilə görüş keçirilib

Əczaçılıq fakültəsində tələbələr ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində dekanlığın əməkdaşları və tələbələr arasında görüş keçirilib.
Görüş zamanı fakültənin dekanı, dosent Fərəh Mədətli məzun kursun tələbələrinə Yekun qiymətləndirmə imtahanlarının formatı, tarixləri və təşkili haqqında ətraflı məlumat verib.
Eyni zamanda imtahanlara hazırlıq məqsədilə kafedralarda həyata keçirilmiş treninqlərin mahiyyəti və digər təşkilati məsələlər müzakirə olunub.
Dekan müavini, dosent Esmira Hacıyeva tələbələrə apellyasiya qaydaları və imtahanların gedişatı haqda məlumat təqdim edib.

Paylaş

Dostlarınız ilə paylaşın.