
.webp)
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Türkiyənin Antalya şəhərində keçirilən “18 Ulusal Endouroloji Kongres”-də iştirak ediblər.
Azərbaycan urologiyasının tarixində ilk dəfə həkimlərimiz tərəfindən beynəlxalq kongres nəzdində ayrıca sessiya təşkil edilib.
ATU- nun urologiya kafedrasının müdiri, Azərbaycan Endouroloji Cəmiyyətinin sədri, professor Rauf Nağıyevin Türk Endouroloji Cəmiyyəti ilə birlikdə apardığı sessiya urinar sistemdə sidik daşı xəstəliyinə həsr edilib.
ATU-nun 1 professor, 1 dosent və 1 doktorantla uğurla təmsil edilidiyi və 450-dən artıq iştirakçının qatıldığı tədbirdə 90-dan çox məruzə dinlənilib, 4 praktiki kurs və 12 canlı əməliyyat keçirilib.
