Tibb Universitetində Rentgenologiya-Radiologiya təlimi keçiridildi
Aprelin 2-də Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında "Rentgenologiya-Radiologiya (pediatric, obstetric and ginocology imaging abdominal radology) " təlimi keçirildi.
Təlim Türkiyə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinatorluğu, Yerüzü doktorları təşkilatı, Azərbaycan Tibb Universitetinin birlikdə əməkdaşlığı nəticəsində baş tutub.
Konfransı açıq elan edən ATU rektoru, akademik Əhliman Əmiraslanov seçilən mövzunun çox əhəmiyyətli məsələ olduğunu vurğuladı. Rektor Gəncə və Şəmkir bölgəsində də eyni mövzuda konfransın təşkil olunacağını bildirdi.
YAP-ın üzvü, millət vəkili Məlahət Həsənova rentgenologiya və radiologiya üzrə əlimin gələcəkdə peşəkar həkimlərin yetişməsinə öz təsirini göstərəcəyini bildirdi.
Konfrans zamanı Türkiyədən gələn mütəxəssislər və ATU-nun radiologiya bölməsinin həkimlərinin iştirakı ilə dəyirmi masa keçirildi, radiologiya sahəsindəki yeniliklər barədə müzakirə aparıldı.
Konfransda Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin Koordinatoru Mustafa Haşim Polat , TİKA Bakı Proqram Koordinasiya Ofisinin Koordinatorunun Müavini İsmail Gürlek, Kanadanın Dalhousie Universitenin Əməkdaşı Dos.dr. Münire Gündoğan, Toronto Universitetinin Tibbi Vizualizasiya Departamentinin Əməkdaşı, St. Michael`s Hospital-ının Radioloqu dos.dr. Errol Colak, ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova, Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev və universitetin digər əməkdaşları iştirak ediblər.