ATU-nun təşkilatçılığı ilə virusa dair vebinar keçirilib
Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə vebinar keçirilib. “MoreThanDoc” klubu tərəfindən təşkil olunan tədbir “HPV - Peyvənd və Müayinələri” mövzusuna həsr olunub.
 
150-dən çox iştirakçının qatıldığı vebinarda Hacettepe Universiteti Tibb Fakültəsinin təmsilçisi, Avropa Ginekoloji Onkologiya Dərnəyi İdarə Heyətinin üzvü Doç. Dr. Murat Gültekin çıxış edib. Vebinarda HPV – insan papilloma virusunun növləri, yayılması, ötürülmə yolları, müayinəsi və qorunma üsullarınnı müasir metodları haqqında ətraflı məlumat verilib.
Toplantıda Azərbaycan, Türkiyə, İran, Kipr və Yunanıstandan tibb tələbələri, tibb bacıları və həkimlər iştirak ediblər.