“5 günlük rezident ol” layihəsinin iştirakçılarına sertifikat verildi
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov "5 günlük rezident ol" layihəsini uğurla başa çatdıran tələbələrlə görüşüb.
Görüş zamanı ATU rektoru tələbələrin layihə ilə bağlı fikirlərini öyrənib, onların rəyi ilə maraqlanıb, həmçinin layihənin üstünlüklərdən söz açıb. Tədbidə layihə iştirakçılarının hazırladığı video-çarx nümayiş etdirilib.
Akademik Əhliman Əmiraslanov proqramda qalib çıxan tələbələri təbrik edərək onlara gələcəkdə uğurlar diləyib, daim aktiv vətəndaş olmağı arzulayıb, ictimai fəallığı artırmağı tövsiyə edib. Sonda rektor Ə.Əmiraslanov "5 günlük rezident ol" layihəsini bitirən tələbələrə sertifikatlar təqdim edib.