Tədris-Terapevtik Klinikada uşaq xəstəliklərinə dair beynəlxalq konfrans
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında "Pediatriyanın aktual problemləri"nə həsr olunmuş elmi-praktik konfrans və seminar işinə başlayıb. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə baş tutur.
Konfransın açılışında ATU-nun rektoru, akademik Əmiraslan Əmiraslanov çıxış edib. Daha sonra seminarda amerikalı mütəxəssislər, professorlar Susan Vear, Cim Varpinski Tədris-Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev uşaqlarda talassemiya, astma və allergiya xəstəlikləri ilə bağlı məruzələr söyləyiblər. Konfransda həmçinin Azərbaycanlı mütəxəssislər, ATU-nun professorları Hüseyn Qabulov, Amalya Əyyubova, Zemfira Mirzəyeva və digərləri Azərbaycanda uşaq xəstəliklərinin aktuallığına dair çıxış ediblər.
Konfrans aprelin 19-na kimi davam edəcək.