Pakistan Səfiri ATU-nun Xarici Tələbələrlə iş üzrə dekanlığının nümayəndələrini qəbul edib
Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri cənab Khalid Usman Qaiser Xarici Tələbələrlə iş üzrə dekanlığının nümayəndələrini qəbul edib. Görüş zamanı dekan Gülər Seyidova Universitetin Rektoru akademik Əhliman Əmiraslanovun ehtiram və salamlarını səfirə çatdırıb. O, Tibb Universitetinin rektor, akademik Əhliman Əmiraslanovun səyləri nəticəsində sürətlə inkişaf etdiyini, artıq Avropa Universitetləri səviyyəsinə çatdığını bildirib.
Söhbət əsnasında cənab Səfir həm Azərbaycanın, həm də yerli Universitetlərin sürətlə inkişafının göz önündə olduğunu deyib. Onun sözlərinə görə, Pakistanda Azərbaycan Universitetlərinə böyük maraq var. Səfir hazırda ATU-da təhsil alan 10 nəfər Pakistanlı tələbənin təhsil səviyyəsi ilə də maraqlanıb.
Görüş zamanı Pakistan İslam Respublikasından ölkəmizə daha çox tələbələrin cəlb olunması haqqında müzakirələr aparılıb.