Tibb Universitetində daha bir beynəlxalq tədbir olacaq
Mayın 2-3-də Azərbaycan Tibb Universitetində Tələbələr və Gənc Həkimlər üçün I Beynəlxalq Tibb Konqresi keçiriləcək.
Bu tədbirə dünyanın bir çox ölkələrindən gənc həkimlər və tibb ixtisası üzrə təhsil alan tələbələr dəvət alıb. Qurultayda Avropanın və regionun bəzi ölkələrindən nümayəndə heyətləri qatılacaq.
Beynəlxalq Konqresdə tibb sahəsində yeni nailiyyətlər, aparılan son tədqiqatlar haqqında məlumat veriləcək. Toplantıda həmçinin yerli və xarici tələbələrin təqdimatları da olacaq. Həmçinin, dünya şöhrətli alimlər gələcəyin həkimlərinə öz məsləhət və tövsiyələrini verəcək.
Tələbələr və Gənc Həkimlər üçün I Beynəlxalq Tibb Konqresinin sonuncu günündə iştirakçılara sosial proqram təqdim olunacaq.