Tələbələrin nəzərinə!

Azərbaycan Tibb Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı rezidenturaya hazırlaşan tələbə və məzunların hazırlıq prosesinə dəstək olmaq məqsədi ilə "Rezidenturaya birlikdə hazırlaşaq" adlı yeni layihəyə start verir.

 

Layihə çərçivəsində hər bir fənn üzrə ekspertlərin tələbələrlə vebinar formatında onlayn görüşü baş tutacaq. Görüş zamanı rezidenturaya hazırlaşan tələbə və məzunlar hər bir fənn üzrə onları daha çox maraqlandıran sualları ekspertlərə ünvanlaya və cavab tapa biləcəklər.

 

Layihə çərçivəsində növbəti- IV görüş Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının tədris hissə müdiri Dos.Müşfiq Orucov,Dos.İlahə Kərimova və Dos. Rasim Niftalıyevin iştirakı ilə baş tutacaq.

Tarix: 23 iyul
Saat : 12:00

Vebinarda iştirak etmək üçün qeydiyyatdan keçməyiniz tələb olunur.

 

Qeydiyyat linki :
https://bit.ly/patolojianatomiya

Görüşlər haqqında məlumatları Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının sosial media hesabları vasitəsilə əldə edə bilərsiz.