TIKA ilə birgə seminar davam edir
Türk İşbirliyi və İnkişaf Agentliyinin (TİKA) Azərbaycan Tibb Universiteti ilə birgə keçirdiyi "Ana və uşaq sağlamlığına təhlükə yaradan irsi xəstəlikləri" mövzusunda təşkil olunmuş seminar bu gün də davam edir.
Tədbirin ikinci günü əsasən ginekologiya mövzusuna həsr olunub. Bu səbəbdən seminarın bu sessiyasında Azərbaycan Tibb Universitetinin I mama-ginekologiya və II mama-ginekologiya kafedralarının əməkdaşlarının hamısı iştirak edirlər. Sesssiyaya sədrlik ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev tərəfindən həyata keçirilir.
Seminarda Türkiyədən təşrif etmiş mütəxəssislər tərəfindən ginekologiyaya dair müxtəlif roliklər nümayiş etdirilib, "Embrionun inkişafı və seçimi, uşaq ölümləri faizini artıran səbəblər", "PGD və İVF-nin tətbiqi", "PGD və İVF-nin müalicəsində Embrioloq genetika mütəxəssisi və mamalıq təcrübəsi" və s. mövzularda mühazirələr səsləndirilib. Sessiya ümumi mövzu ətrafında müzakirələrlə yekunlaşıb .