Harvard və Türkiyədən professorlar ATU-da qonaq oldu
Bu gün bir sıra nüfuzlu ali məktəblərin nümayəndələri Azərbaycan Tibb Universitetinin qonağı olub. Nümayəndə heyətinə Harvard Universiteti Boston Uşaq Xəstəxanası, İnkişaf qüsurları kafedrasının direktoru Kerim Munir, Hacettepe Universiteti, Xarici dillər fakültəsinin direktoru prof. Tuncay Ergene, Ankara Universitetinin Uşaq Psixiatriyası kafedrasının dosenti Özgür Önər daxildir.
ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayevin iştirakı ilə baş tutan görüşdə Azərbaycan universitetlərinin "Global Mental Health &Neurodevelopment Reseach Training İnitiatives" layihəsinə qoşulması haqqında müzakirələr aparılıb. Psixiatriya kafedrasının ATU tərəfindən həmin layihədə iştirak edəcəyi ömə sürülüb.
Görüş zamanı İ.İsayev qonaqlara universitet, ATU-nun klinikalarının fəaliyyəti haqqında ümumi məlumat verdi. İbrahim İsayev həmçinin "Global Mental Health &Neurodevelopment Reseach Training İnitiatives" layihəsində iştirakçılığın ATU üçün böyük əhəmiyyət daşıdığını bildirdi. Müzakirələrdə Gəray Gəraybəyli layihənin həyata keçirilməsi yolları haqqında məlumat verdi. Görüşdə qonaqlarla gələcək əməkdaşlığın təfərrüatları haqqında müzakirələr aparıldı.