Gələcəyin əczaçıları imtahan verdi
Bu gün ATU-nun əczaçılıq fakültəsinin IV(buraxılış) kurs tələbələri kliniki farmokologiya fənnindən imtahan verdilər. Səkkiz qrupun qatıldığı imtahanda 68 tələbə buraxılıb.
İmtahan komissiyası bu bilik yoxlamasıının ümumilikdə müsbət keçdiyini bildirib. Apellyasiyaya müraciət edən olmayıb.
Qeyd edək ki, ATU-nun əczaçılıq fakültəsində təhsil 4 illikdir. Növbəti imtahanlar 12 və 15 may tarixlərində baş tutacaq. Həmin tarixlərdə sınaqdan keçəcək tələbələrimizə uğurlar diləyirik