Tələbələrimiz Nabranda konfransda iştirak edəcək
Azərbaycan Tibb Universitetinin 5 fəal tələbəsi Nabranın "Təhsil" istirahət mərkəzinə yola düşüb. V kurs tələbəsi Araz İsmayılovun rəhbərlik etdiyi qrupa Sərxan Şükürov, Humay Mehdiyeva, Günel Salmanova və Şəmsi Nuriyev daxildir.
Onlar "Vətənim Azərbaycan" mövzusunda vətənpərvərlik tərbiyəsinə həsr olunmuş konfransda iştirak edəcəklər.
"Vətənim Azərbaycan" konfransı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunur. 14-16 may 2014-cü il tarixlərində baş tutacaq tədbirin əsas məqsədi gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, bu mövzuda maarifləndirici söhbətlərin aparılmasıdır, gənclərin bu məsələ ətrafında şəbəkələşməsinə yardım göstərilməsi, onların dövlət gənclər siyasətinə öz töhfələrinin verilməsini stimullaşdırmaqdan ibarətdir.