Afiq Bərdəli ATU-nun qonağı oldu.
Bu gün Ege Universiteti Tibb Fakültəsi, Uşaq sağlamlığı və Xəstəliklər uzmanı, Uşaq Genetik Xəstəlikləri uzmanı prof. Dr. Afiq Bərdəli ATU-nun qonağı olub. Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev qonaqlara ilk öncə Afiq Bərdəli haqqında ümumi məlumat verdi, onun genetika sahəsində əldə etdiyi naliyyətlərdən danışdı.
Daha sonra tədbir iştirakçılarına Afiq Bərdəli haqqında elektron prezentasiya da nümayiş etdirildi.
Tədbirin sonunda A.Bərdəli həkimlərə genetika sahəsində olan yeniliklər, elm adamlarının bu bölümə aid kəşfləri haqqında mühazirə söylədi.