Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsinin tələbəsi Aliyə Şahbazova "Tələbə Baharı" XV ümumrespublika tələbə yaradıcılıq festivalında pop janrında musiqi oxuyaraq 3-cü yerə layiq görülüb.
Bu il təşkil edilən “Tələbə baharı” XV Ümumrespublika tələbə yaradıcılıq festivalının keçirilməsində məqsəd 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamını rəhbər tutaraq Nizami Gəncəvi yaradıcılığını gənc nəsil arasında daha dərindən təbliğ etmək, eyni zamanda istedadlı gəncləri üzə çıxararaq onlara dövlət dəstəyi verməkdir.
Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, millət vəkilləri Müşviq Cəfərov və Vüqar İsgəndərov, Azərbaycan Tələbə Gənclər İttifaqının sədri Pərviz Mirələmli iştirak ediblər.
Daha sonra ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov və ATU-nun THİK sədri Elvin Kərmli Aliyə Şahbazovanı təbrik edib, uğurlar arzu ediblər. Görüşdə prorektor Z.Musabəyov, qalibə rektorun təbriklərini çatdırb: “ Sizə gələcəkdə yüksəkixtisaslı kadr, milli ruhlu, sağlam və müasir düşüncəli , vətənpərvər, cəmiyyətdə öz layiqli yerini tutan bir vətəndaş olmağınızı arzu edirik”.
Qeyd edək ki, ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə qeyd edilən festivala 5 tələbə məşqlərə və hazlrlıqlara göndərilib. Onlardan I müalicə-profilaktika fakültəsinin tələbəsi Aliyə Şahbazova yekunda final mərhələsinə keçmək hüququ əldə edib və yekun festivalda ATU-nu təmsil edərək 3-cü yerə layiq görülüb.