Rektor Əhliman Əmiraslanov xarici texnologiya şirkətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan Tibb Universiteti (ATU) Türkiyədən növbəti qonaqları qəbul edib. ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov tibb sahəsində nüfuzlu "Elsevier" və Gemini LTD şirkətlərinin təmsilçiləri ilə görüşüb.
Akademik Əhliman Əmiraslanov bu şirkətlərin təqdim etdiyi xidmətlərin çox faydalı olduğunu, Azərbaycan Tibb Universitetinin səhiyyə sahəsindəki yeniliklərlə daim maraqlandığını və modern texnologiyaları tətbiqinə çalışdığını bildirib. Rektorun sözlərinə görə, tibb sahəsində elm adamlarının tədqiqatlarını daha uğurla aparması üçün belə proqramların faydası çoxdur.
Gemini Büro sistemləri və Donatım LTD-nin təmsilçisi Özlem Tanırgan təqdim olunan məhsulların Türkiyədə çox populyar olduğunu, yerli universitetlərin tibb fakültələrində istifadə olunduğunu söyləyib.
Elsevier ClinicalKey
TM şirkətinin meneceri Atilla Ikinci təqdim olunan Clinical Key sağlamlıq araşdırmalarına yeni bir yanaşmanı təklif etdiyini bildirib. Onun sözlərinə görə, təqdim oluna axtarış sistemi səhiyyənin və cərrahiyyənin bütün bölmələrini əhatə edir. Bu proqram həkimlərin işini sürətləndirməsi, elm adamlarının daha dolğun araşdırma aparmasına imkan yaradır.
ATU-nun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova Tibb Universitetinin klinikalarında artıq bu cür sistemlərin tətbiq olunduğunu bildirib. Onun fikrincə, belə proqramlar tibb işçilərinin, elm adamlarının elektron qaynaqlara çatmasını daha da asanlaşdırır.
Qeyd edək ki, qonaqlar Tədris Terapevtik Klinikada "ClinicalKey tibb bazası" mövzusunda təqdimat keçiriblər. Qeyd olunub ki, Elsevier elm və səhiyyə sahəsində informasiya-texnologiya həllərini təqdim edən ən böyük qurumlardan biridir. Bu şirkətin təqdim etdiyi ClinicalKey axtarış sistemi özündə 2200 jurnal, 25 min adda kitab, sorğu kitabçalarını birləşdirir.
Gemini Büro sistemləri və Donatım LTD isə universitetlər də daxil olmaqla bir çox təhsil və səhiyyə müəssisələrində elektron kitabxanalar quraşdırır. Gemini LTD Türkiyədə UpToDate, MD Consult, Brill Online, British Standarts Online, Library Press Display, Beck Online, Duke University Press, MyiLibrary kimi önəmli yayımçıların təmsilçisidir. Bu şirkət 16 ildir ki, 3M firmasının kitabxanalar üçün nəzərdə tutulmuş məhsullarının satışını həyata keçirir. İndiyə kimi 210-dan artıq kitabxana üçün 3M kitab təhlükəsizliyi sistemini qurub.