Polşa səfiri ilə görüşdə qarşılıqlı əməkdaşlıq müzakirə olunub

 

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Görüş zamanı  professor G.Gəraybəyli ATU-nun fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsininprioritet istiqamətlərdən birikimi qiymətləndirib və qeyd edib ki, sevindirici haldır ki, hazırda dünyanın 80-ə yaxın elm və təhsil qurumu ilə bağlanmış müqavilələr əsasında əməkdaşlıq həyata keçirilir.Polşa Respublikasınınali təhsil məktəbləri, elmi qurumları ilə əlaqələrin qurulmasının əhəmiyyətindənbəhs edən rektor qeyd etmişdir ki, müxtəlif istiqamətlər üzrə əlaqələrin qurulması üçün hər bir imkan vardır və yaxın zamanda bu əlaqələrin qurulmasında Polşa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi çox önəmlidir. Rektor qarşılıqlı əməkdaşlıq sayəsində bir çox uğurlu layihələrə imza atıla biləcəyini vurğulayıb.

ATU-nun 90 illik tarixi haqqında səfirə məlumat verən ATU rektoru professor G.Gəraybəyli görüş zamanı həmçinin universitetin müasir dövrdəki fəaliyyətinə də nəzər salıb. Qeyd olunub ki, hazırda ATU-nun 4 klinikası ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası var. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və "Təbib" nəşriyyatı yerləşir.Rektor həmçinin bildirmişdir ki, hazırda ATU-da 39 ölkədən 2000-dən çox əcnəbi tələbə təhsil alır.

ATU rektoru son 2 ildə pandemiya ilə bağlı yaranmış gərgin duruma baxmayaraq, tədris sisteminin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün universitet daxilində görülən işlərdən danışıb. Qeyd olunmuşdur ki, ATU-nun artıq beynəlxalq akkreditasiya üçün müraciət edib və yaxın zamanlarda bu istiqamətdə də müsbət nəticə əldə ediləcəyinə ümid edilir.

Polşa Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ölkəsinin Azərbaycanla tarixə söykənən güclü əlaqələrdən söz açıb. Tibb sahəsində əlaqələrdən geniş bəhs edən səfir, bu əlaqələrin əks olunduğu kitabı ATU-nə hədiyyə etmişdir. Polşada 11 universitetin tibb profilli olduğunu vurğulayan səfir bu ali məktəblərlə ATU arasında münasibətlərin  yaradılmasının vacibliyindən danışaraq, bu istiqamətdə işlərin aparılmasına dəstəyini ifadə edib. Görüşdə ATU və Polşa alimlərinin birgə tibb təhsili üzrə dərsliklər hazırlaması məsələsi də müzakirə olunub.Qonaqlar ATU-nun kitabxanasına həmçininpolşalı alimlərin müəllifi olduğumüxtəlif dərslikləri hədiyyə ediblər.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin birinci müşaviri Bartosz Musialowicz iştirak ediblər.